Nazir bu şöbəyə rəis müavini təyin etdi

Nazir bu şöbəyə rəis müavini təyin etdi

Astara Rayon Polis Şöbəsinə (RPŞ) rəis müavini təyin olunub.

Globalinfo.az bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Orxan Novruzov Astara RPŞ-nə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

O, bu təyinatadək Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.