“Avropa İttifaqı Rusiyanı Mərkəzi Asiya və Qafqazdan sıxışdırmaq niyyətini gizlətmir, lakin buna nail olmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov Qərb mediasında Qazaxıstanın “Rusiyanın arxa baxçası” adlandırılmasına münasibət bildirib:
“Bu cəhdlər heç bir nəticə verməyəcək. Biz tarixən burada olmuşuq, heç yerə getməyəcəyik. Bizim tərəfdaşlarımız, müttəfiqlərimiz bunu çox yaxşı bilirlər. Söhbət təkçə nəşrlərin yazdıqlarından getmir. Qərb ölkələrinin liderləri də kobud açıqlamaların səsləndirilməsinə icazə verir”.
Əliyar Xəlil
Globalinfo.az