İsrail Prezidenti İsxak Hersoq məşhur Hollivud aktrisası Ancelina Colinin Qəzzada yaşananlarla bağlı açıqlamalarına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, o, aktrisanın tənqidlərini qəbul etmədiyini deyib.
İ.Hersoq Colinin İsrail xalqına özünümüdafiə haqqı tanımadığını qeyd edib:
“Qəzzaya getməyib, Fələstinə, yaxud İsrailə səfər etməyib. Yəni həqiqətlə, real vəziyyətlə yerində tanış olmayıb. Qəzzada insanlar müharibənin fərqindədirlər, lakin həyatda qalmalarına mane olacaq humanitar böhran yoxdur. Əksinə, Qəzzanın cənub hissəsində təhlükəsiz zona mövcuddur ki, vətəndaşlar həmin əraziyə köçə və təhlükəsiz şəkildə yaşaya bilərlər. Qəzzaya humanitar yardımın həcmi ciddi şəkildə artıb”.
Qeyd edək ki, A.Coli sosial şəbəkə hesabında paylaşım edərək HƏMAS-ın İsrailə hücumunu qınamış, lakin bunun İsrailin Qəzzada törətdiklərinə haqq qazandırmadığını bildirmişdi.
Ayşən Mustafa
Globalinfo.az