2023 03 06 11 37 30zoBIeezuPcxY6hK58RKM file 1

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çestyakovun ölümü ilə bağlı müxtəlif versiyalar səsləndirilir. 

Globalinfo.az xəbər verir ki, Rusiya Ali Radasının keçmiş deputatı İlya Kivanın iddiası diqqət çəkib.

O, Çestyakovun ölümünü “Zelenskinin baş komandan Zalujnıya salamı” adlandırıb:

“Bu, Vladimir Zelenskidən Zalujnıya işarədir. Bilirsiniz ki, Çestyakov ona verilən hədiyyə paketini açıb və içindəki qumbara partlayıb. Nəticədə o, həyatını itirib. Məlumata görə, bağlamanı Çestyakova öz həmkarlarından biri verib. Zalujnı bugünlərdə Vaşinqtona uçmağı və Cozef Bayden administrasiyası ilə görüşlər keçirməyi planlaşdırırdı. Zelenski bununla baş komandanı susdurmağa, ona mane olmağa çalışır”.

Qeyd edək ki, son aylarda Ukrayna Prezidenti V.Zelenski ilə silahlı qüvvələrin baş komandanı Valeri Zalujnı arasında fikir ayrılıqlarının olduğuna dair məlumatlar yayılır.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: