Noyabrın 7-də saat 05 radələrində Masallı rayonunun Yeddioymaq kənd sakini 1996-cı il təvəllüdlü Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı rayon prokurorluğuna məlumat daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hüseyn Şükürov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.