İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Məhəmmədrza Aştiani ABŞ-ı hədələyib. “Vaşinqton Qəzza zolağında müharibəyə son qoymasa, ABŞ-ı ciddi zərbə gözləyir”, – o bildirib.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Əlimusa İbrahimov deyib ki, buna qədər İranın dövlət və din xadimləri İsraili quru əməliyyatlara görə təhdid edirdilər:
“Amma bu təhdidlər İsraili qorxutmadı və quru əməliyyatlarına başladı. İsrailə təsir etməyən hədələrin ABŞ-a təsir edəcəyi inandırıcı deyil. Bunu İran özü də bilir, lakin yenə də təhdid etməkdən qalmır.
İndiki məqamda İran sadəcə HƏMAS-ın yanında olduqlarını bildirmək üçün bu üsuldan istifadə edir. Bir tərəfdən də Hizbullahın dili ilə müharibəyə qarışa bilmədiklərini etiraf edir. Görünür, Tehran “vur” deməyi vurmaqdan üstün tutur”.
Turan Rzayev
Globalinfo.az














