6547d09acfe896547d09acfe8a16992052746547d09acfe876547d09acfe88

“Lufthansa” aviaşirkətinə məxsus Münhen-Tokio reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, buna təyyarədə olan sərnişinin səhhətinin qəfil pisləşməsi səbəb olub.

Airbus A350 tipli hava gəmisi yerli vaxtla saat 19:29-da Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 21:02-də Bakıdan Tokioya yola düşüb.

Paylaş: