Zəngilan ərazisində baş vermiş avtomobil qəzası nəticəsində xəsarət alanların adları məlum olub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, “Pikap” tipli avtomobilin yük maşınınla toqquşması nəticəsində 45-50 yaşlarında kişi hadisə yerində dünyasını dəyişib.
Avtoqəzada, 1995-ci il təvəllüdlü Vüsal İsmayılzadə, Natiq Bayramov, Emin İbrahimov və daha bir nəfər xəsarət alıb.
Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, noyabrın 5-i Zəngilan rayonunun Ağalı kəndində ağı yol-nəqliyyat hadisəsi baş verib.