Qısa müddətdə antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suverenliyinin bərpa edilməsi qarşımızda yeni çağırışlar açıb.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizəsi komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Ziyafət Əsgərov bildirib ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi üçün ayrılan vəsait 2023-cü illə müqayisədə yenə artırılıb: “Mövcud qanunvericiliyə görə hərbi qulluqçuların yaşayış yerinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilir”.
Ziyafət Əsgərov xatırladıb ki, büdcə layihəsində müdafiə xərcləri 6,4 milyard manat təşkil edir: “Növbəti il üçün neftin qiyməti 60 dollar götürülüb. Bu, onu deməyə əsas verir ki, əlavə gəlirlər daha çox olacaq”.














