yenigundem 314f5a40abd30054f777b4014087e9a6 q4py5wbnz3vgl8ct1m2k 620x460 1

Gürcüstanın Tiflis şəhərində keçirilmiş yarışda uğurlu çıxış edən universal döyüş növləri üzrə dünya çempionatında güləş üzrə yarışan millimiz bu gün vətənə qayıdıb.

Globalinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ölkəmizi Dünya Çempionatında 28 idmançı təmsil edib.

Oktyabrın 26-31-i tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Universal döyüş idman növünün Güləş versiyası üzrə Dünya Çempionatında Azərbaycan 28 idmançı ilə təmsil olunub. Universal döyüş federasiyasının prezidenti Azər Həsənovun rəhbərlik etdiyi komanda yeniyetmələr, gənclər və böyük yaş kateqoriyalarında güclərini sınayıblar.

35 ölkədən güləşçilərin qatıldığı yarışda yeniyetmə idmançılarımız 1 qızıl, 3 gümüş, 2 bürünc, gənc güləşçilərimiz 2 qızıl, 1 gümüş, 2 bürünc medal əldə ediblər.

Böyük yaş qrupunda çıxış edən idmançılarımız isə Vətənə 1 qızıl, 2 gümüş, 3 bürünc medalla qayıdıblar.
Screenshot 20231101 205014 Chrome Screenshot 20231101 205018 Chrome Screenshot 20231101 205033 Chrome

Paylaş: