Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Globalinfo.az xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Sabah”ı qəbul edib.
90+4-cü dəqiqədə meydan sahiblərinin heyətində Yuri Matias ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Matçın 90+5-ci dəqiqəsində Boyan Letiçin vurduğu qol “Sabah”a 1:0 hesablı qələbə qazandırıb.
Bu nəticədən sonra “ağ-qaralar” 15 xalla beşinci pillədə qalıb. “Bayquşlar” isə 13 xalla səkkizincidir.
Qeyd edək ki, günün ilk görüşündə “Sumqayıt” “Qəbələ” ilə qolsuz heç-heçəyə razılaşıb. XI tura sabah “Araz-Naxçıvan” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda “Turan Tovuz” “Kəpəz”i 4 cavabsız qolla üstələyib. “Zirə” – “Səbail” matçında isə qalib müəyyənləşməyib – 2:2.
***
Matç başlayıb.
***
Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun növbəti oyunu keçiriləcək.
Globalinfo.az xəbər verir ki, “Neftçi” “Sabah”ı qəbul edəcək.
Görüş “Neftçi Arena”da saat 18:30-da başlayacaq.
Artıq hər iki komandanın start heyəti bəlli olub.
“Neftçi”: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (k), 7. Azər Əliyev, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 25. Aaron Olanare, 23. Ataa Caber, 44. Yuri Matias
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 27. Fərid Yusifli, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 6. Dieqo Valdez, 5. Kenni Sayef, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski
Baş məşqçi: Adrian Mutu
“Sabah”: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov
15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov
Məşqçi: Artur Olenin