gurcustan r

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Tbilisidə keçirilən “İpək yolu” beynəlxalq forumunda deyib ki, Ermənistan iki ölkə arasında siyasi fikir ayrılıqları başa çatandan sonra Azərbaycandan təbii qaz almağa hazırdır.

Maraqlıdır, bu açıqlama nəyə hesablanıb? Artıq Ermənistan tərəfi sülhün və Azərbaycanla əməkdaşlığın siqnallarını verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, sülh müqaviləsi imzalansa, Ermənistanla Azərbaycan arasında münasibətlər də normallaşacaq:

“İki ölkə arasında səfirliklər açıla, diplomatik münasibətlər normallaşa bilər. Dövlətlərarası münasibətlərin qurulması öz növbəsində iqtisadi münasibətlərin də qurulmasına şərait yaradacaq. Təbii olaraq Ermənistan Azərbaycandan qaz ala bilər. Bənzər formada Azərbaycan da Ermənistandan kənd təsərrüfatı məhsulları ala bilər.

resizer

Əhəd Məmmədli

Bütün bunlar baş verə biləcək ehtimal şeylərdir, lakin unutmamalıyıq ki, hər şeydən öncə sülh müqaviləsi imzalanmalıdır – özü də maraqlarımız çərçivəsində. Sülh müqaviləsinə qədər qarşıda bizi sərhədlərin delimitasiya və demarkasiya prosesi gözləyir. Bundan başqa anklav, eksklav məsələsi də həllini gözləyən başlıca mövzulardandır. Hesab edirəm, Zəngəzur dəhlizi məsələsində də rəsmi Bakı mövqeyini davam etdirməlidir. Çünki Naxçıvan Azərbaycanın əsas hissəsi ilə quru yolu ilə birləşməlidir.

Ermənsitan hazırda zəifdir və buna görə sülhdən, əməkdaşlıqdan danışır. Güclü olarkən bunu demirdi. Buna görə biz yaranmış tarixi vəziyyətdən maksimum dərəcədə istifadə edib hədəflərimizə çatmalıyıq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: