pasinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın aylarda Azərbaycanla sülh nizamlanması perspektivlərinə nikbin yanaşdığını bildirib. 

Globalinfo.az xəbər verir ki, Paşinyan ölkəsinin Rusiya ilə tarixi əlaqələri ilə bağlı suala cavab olaraq Ermənistanın türk qonşuları – Türkiyə və Azərbaycanla daha uzunmüddətli tarixi əlaqələrinə diqqət çəkib.

“Bütün suallar buradadır və bütün cavablar da buradadır. Biz ilk növbədə regional əlaqələrimizi yaxşılaşdırmağa çalışmalıyıq”, – deyə Paşinyan bəyan edib.

O qeyd edib ki, ölkəsi yeni tərəfdaşlar axtarır, çünki Moskva, xüsusən də son bir ayda müttəfiq kimi öhdəliklərini yerinə yetirmir.

“Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib, xüsusilə Qarabağ məsələsində Azərbaycanı dəstəkləməklə. Bu hadisələr bizi mahiyyətcə təhlükəsizlik üzrə əlaqələrimizi şaxələndirmək qərarına gətirib çıxardı və biz hazırda buna çalışırıq”, – Paşinyan vurğulayıb.

O əlavə edib ki, bu baxımdan Ermənistanda Rusiya hərbi bazalarının mövcudluğunu saxlamaqda heç bir üstünlük görmür.

Paylaş: