“Samvel Şahramanyan qərar versin, “artsax”ın ləğvi ilə bağlı sənədə imza atıb, ya yox?”
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Milli Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan deyib.
“Qarabağ erməniləri Ermənistana köçüblər, indi “artsax hakimiyyəti” onların suallarına cavab versinlər. Bu “səlahiyyətlilər” bir gün “imzaladıq”, bir gün də “imzalamadıq” deyirlər. Gah da “düşünürük” kimi açıqlama verirlər. Şahramanyan bəy qərar versin ki, o sənəd imzalanıb, ya yox? Əgər imzalanmayıbsa, hazırda niyə Ermənistandadır, Qarabağda deyil? Əgər həmin sənədin heç bir qüvvəsi yoxdursa, sual yaranır ki, ermənilər niyə Qarabağı tərk ediblər?”, – Köçəryan bildirib.
Ayşən Mustafa
Globalinfo.az