Xerson şəhəri Ukrayna ordusunun nəzarətinə qayıdandan sonra Rusiya Müdafiə Nazirliyi bununla bağlı açıqlama yayıb.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda qeyd edilib:

“Dnepr çayının sağ sahilində Rusiya ordusuna aid heç bir hərbi texnika və silah qalmayıb. 30 mindən çox rus əsgəri, 5 minə yaxın silah və hərbi texnika Xerson istiqamətindən Dnepr çayının sol sahilinə çıxarılıb. Rusiyanın hava hücumundan müdafiə sistemləri və elektron döyüş sistemləri raket hücumu cəhdlərini dəf edib. ABŞ istehsalı olan “HIMARS” sisteminin 33 raketi ələ keçirilib. İki gün ərzində Ukrayna qoşunlarının irəliləməsi 10 kilometri keçməyib. Ukrayna bölmələri Dnepr çayına hücum etsələr də, keçid bölgəsindən 30-40 kilometr aralıda dayandırılıb”.

Paylaş: