mirzoyan

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sabah Tehranda 3+3 formatında keçiriləcək görüşdə iştirak edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan bildirib.

Qeyd edək ki, oktyabrın 23-də Tehranda “3+3” formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.

Paylaş: