Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 17-si saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli, qeyri-sabit hava şəraiti davam edir.
Xidmətdən Globalinfo.az-a verilən xəbərə görə, Sabirabad, Cəfərxan, Biləsuvarda arabir yağış yağıb.
Neft Daşları stansiyasının verdiyi məlumata əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək isti, Naxçıvan MR-da 21 dərəcəyədək isti, Aran rayonlarında 25 dərəcəyədək isti, dağlıq rayonlarda 5-10 dərəcə isti olub.