Bu gün Daşkəsən, Gəncə, Şəmkir, İsmayıllı, Qobustan, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Yardımlı, Lənkəran, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb.
Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Aran rayonlarında 19 dərəcəyədək, Naxçıvanda 22 dərəcəyədək, dağlıq rayonlarda 12 dərəcəyədək isti olub.