
İsrail ordusu Livanın “Hizbullah” təşkilatının infrastrukturuna hücumların videosunu dərc edib.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, İsrail tərəfinin məlumatına görə, hərbi hədəflərə hücumlar gecə saatlarında həyata keçirilib.
Qeyd edilib ki, Livanla sərhəddə İsrail ordusunun mövqelərinin atəşə tutulmasına müvafiq olaraq cavab atəşi açılır.














