1696879351 c5102e8b4a0f8f25fd84d8817d970a93

Qaxda ayı rayon sakininə xəsarət yetirib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıbaş kəndində, dağlıq ərazidə baş verib.

Belə ki, kənd sakini Fəxri Şahmiddin oğlu Babayev çobanlara atla ərzaq apararkən ayı hücumuna məruz qalıb. Ayı Fəxri Babayevi atdan salmaq istəyən zaman o, heyvanı təpiklə uzaqlaşdırmaq istəyib. Bu zaman ayı onun ayaqlarını dişləyib. Özünü itirməyən F.Babayev onu qorxuda bilib və ayı ərazidən qaçaraq uzaqlaşıb.

F.Babayev Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib və ambulator müalicə almaq şərtilə evə buraxılıb.

Paylaş: