“Meta”nın Baş direktoru Mark Zukerberq kütləvi ixtisar xəbərlərini təsdiqləyib.
Globalinfo.az “Bloomberg”ə istinadən xəbər verir ki, Baş direktor işçi qüvvəsinin təxminən 13 faizinin ixtisar ediləcəyini bildirib.
“Bu gün Meta tarixində etdiyimiz ən çətin dəyişikliklərdən bəzilərini paylaşıram. Komanda sayımızı təxminən 13 faiz azaltmaq və 11000-dən çox istedadlı işçimizi işdən kənarlaşdırmaq qərarına gəldim. 2023-cü ilin birinci rübünə qədər işə qəbul da dayandırılır”.
İşlərin gözlənildiyi kimi getmədiyini deyən Zukerberq, makroiqtisadi tənəzzül, artan rəqabət və reklam gəlirlərindəki itkilərin şirkət gəlirlərinin azalmasına səbəb olduğunu qeyd edib.














