ABŞ-ın ən varlı vətəndaşları – Siyahı açıqlandı

ABŞ-ın ən varlı vətəndaşları - Siyahı açıqlandı

“Forbes” jurnalı ABŞ-ın 400 ən varlı vətəndaşının siyahısını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, siyahıya “SpeysX” və “Tesla”nın sahibi İlon Mask başçılıq edir. Jurnal Maskın sərvətini 251 milyard dollar qiymətləndirir.

Mask bu siyahının ikinci nömrəsi olan “Amazon”un qurucusu Ceff Bezosdan 90 milyard dollar, İT şirkəti “Oracle”ın qurucusu və direktorlar şurasının sədri Larri Ellissondan isə 93 milyard dollar daha varlı olduğu ortaya çıxdı.

“Maykrosoft”un rəhbəri Bil Geyts 6-cı (111 milyard dollar), “Meta” şirkətinin rəhbəri Mark Zukerberq 8-ci (106 milyard dollar) sıradadır.

Nəşr vurğulayır ki, ümumilikdə ABŞ-nin ən varlı adamları bir il əvvəlkindən 500 milyard dollar daha varlıdırlar.

ABŞ-ın ən varlı vətəndaşları siyahısında yer alan texnologiya maqnatları 2022-ci ilin payızından bəri, əsasən, süni intellektə yatırdıqları investisiya sayəsində, ümumilikdə 300 milyard dollar xalis sərvət qazanıblar. Belə ki, keçən il texnologiya sahəsində 65 nəfər sərvət qazanmışdısa, bu il bu rəqəm 69-dur.