Eldar Mahmudov

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov bu gün uzun müddət sonra ilk dəfə görüntülənib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasiminə qatılıb. Belə ki, R.Əhmədov E.Mahmudovun bacısının həyat yoldaşı olub. Mərasim Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub.

Qeyd edək ki, E.Mahmudov 2004-2015-ci illərdə MTN-ə rəhbərlik edib. Uzun müddət ictimaiyyət arasında görünməyib.

382869956 313287471392288 2723722470369344701 n
jj
384487553 1777213769404834 7987512365688612742 n

Paylaş: