Yəhudi deputat Qənirə Paşayeva haqda bunları dedi

Yəhudi deputat Qənirə Paşayeva haqda bunları dedi

Milli Məclisin deputatı Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı mesajları davam edir.

Globalinfo.az xəbər verir ki, 53 saylı Quba-Qusar seçki dairəsi üzrə Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Magen Daviq Groupun fəxri sədri Anatoliy Rafailov deputat həmkarının vəfatı ilə bağlı bunları deyib:

“Qənirə xanım sözün həqiqi mənasında vətənə, xalqa layiqli övlad, yaxşı dost və həmkar idi. Qəlbi mərhəmət, sevgi və şəfqət dolu Azərbaycanın dəyərli övladının vaxtsız vəfatından çox kədərlənmişəm və bununla barışmaq heç də asan deyil.

Qənirə xanıma Tanrıdan rəhmət və yaxınlarına səbr arzulayıram!”

Globalinfo.az