Tofiq Zülfüqarov: “Vardanyan atışmada ölə bilərdi”

Tofiq Zülfüqarov: “Vardanyan atışmada ölə bilərdi”

“Ruben Vardanyan başda olmaqla Qarabağda “fəaliyyət” göstərən şəxslər Ermənistanın işğalçı qüvvələrinin qalıqlarıdır”.

Bu sözləri Globalinfo.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O bildirib ki, Ruben Vardanyan Ermənistan vətəndaşıdır:

“O və onun kimilər Ermənistandan maliyyələşib. Buna görə də onlar Ermənistana xidmət edən cinayətkarlardır. Vardanyanın fəaliyyəti, çıxışları, çağırışları birbaşa Azərbaycan konstitusiyasına zidd idi. Bu mənada onun məhkəmə prosesi və həbsi baş tutacaq. Məhz bundan sonra onun cinayətləri ifşa olunacaq.

Vardanyanın Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılmasına gəldikdə isə deyə bilərəm ki, onun başqa yolu yox idi. O, adətən mühafizəçiləri ilə gəzirdi. Yəni onun başqa bir yolla qaçması daha riskli və təhlükəli ola bilərdi. Misal üçün, Vardanyan bu dəfə ordumuz tərəfindən aşkarlana, atışmada ölə bilərdi. Buna görə də bu yola əl atmadı”.

T.Zülfüqarov deyib ki, prosesin ardı gələcək:

“Azərbaycanın əlində 300 nəfərdən çox şəxsin siyahısı var. Bu şəxslər bir-bir saxlanılacaq. Hamısı Vardanyanın aqibəti ilə üzləşəcək”.

Turan Rzayev
Globalinfo.az