Rəşad Dağlı İrana görə qətl törədib? – ŞOK İDDİA

Rəşad Dağlı İrana görə qətl törədib? – ŞOK İDDİA

Tanınmış aparıcı Turan İbrahimov meyxanaçı Rəşad Dağlının qətl törətməsi ilə bağlı şok iddia irəli sürüb.

Globalinfo.az bildirir ki, o, sosial şəbəkə hesabında bunları yazıb:

“Xomeyni çöküb qalıb, Behçəti naqruzkadadır” misrasının badınamı getdi meyxanaçı Rəşad Dağlı? Hazırkı hadisələr, ab-hava fonunda istər-istəməz insanın ağlına bu gəlir. Məlum kütlə meyxanaçını “zibilə”mi saldı, yoxsa həyat tərzinin nəticəsidirmi başına gələnlər – yaxın vaxtlarda məlum olacaq”.

İzləyiciləri aparıcının bu versiyasının inandırıcı olmadığını, meyxanaçının sözügedən ifadəni uzun müddət əvvəl işlətdiyini və bu səbəbdən üzr istədiyini bildiriblər.

Qeyd edək ki, meyxanaçı Rəşad Dağlı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bıçaqlayaraq qətlə yetirib. Hadisəyə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsinin səbəb olduğu deyilir.

Aqşin Evrən, Globalinfo.az