1695237639 650b43b852cfd650b43b852cfe1695237048650b43b852cfa650b43b852cfc

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qəza şəhər şossesində qeydə alınıb.
Belə ki, idarəetməni itirən 40 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini “KamAZ” markalı yük avtomobilinə çırpıb. Hadisə zamanı avtobusda olan bir sərnişin xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Avtobus yararsız vəziyyətə düşüb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: