Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rusiyalı hərbçilərinin olduğu avtomobil atıcı silahlardan atəşə tutulub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Atışma nəticəsində avtomobildə olan rusiyalı hərbçilər həlak olub.
Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün hallarını aydınlaşdırmaq üçün yerində işləyirlər.