Əfsanəvi savaş generalımızın doğum günüdür

Əfsanəvi savaş generalımızın doğum günüdürBu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin doğum günüdür.

Globalinfo.az xatırladır ki, Nağıyev Əli Nağı oğlu 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olub. Uzun müddət təhlükəsizlik sahəsində çalışan Ə.Nağıyev 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant, 7 dekabr 2020-ci il tarixli Sərəncamla isə general-polkovnik ali hərbi rütbəsi verilib.

Son vaxtlar Ə.Nağıyevin iradəsi ilə DTX-nin korrupsiya, məmur özbaşınalığına qarşı apardığı mübarizə, çoxillik antimilli qüvvələrin aşkar edilməsi sahəsindəki fəaliyyəti xalq tərəfindən rəğbətlə qarşılanmaqdadır.

Təhlükəsizlik orqanlarında çalışdığı 20 ildən artıq müddətdə Əli Nağıyev “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı, “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bundan başqa, 2020-ci ildə işğal altında olan torpaqlarımızın azad edilməsindən sonra general-polkovnik Ə.Nağıyev hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyi üçün “Zəfər” ordeni ilə mükafatlandırılıb.

O, Vətən müharibəsində göstərdiyi fəaliyyətlə yanaşı, Birinci Qarabağ müharibəsində gedən döyüşlərdə də iştirak edib.

Globalinfo.az kollektivi olaraq, general-polkovnik Əli Nağıyevi həm 8 Noyabr – Zəfər Günü, həm də doğum günü münasibətilə təbrik edirik.

Zaira Akifqızı, Globalinfo.az