034d0000 0aff 0242 24e0 08dae43a2dc1 w640 h360 s

İranın Cənubi Koreyada dondurulmuş altı milyard dollarlıq aktivləri ölkənin Qətərdəki hesablarına daxil olduqdan sonra ABŞ ilə məhbusları dəyişdirəcək.

Globalinfo.az xəbər verir ki, yaxın bir-iki gün ərzində ABŞ-nin sanksiyaları nəticəsində Cənubi Koreya banklarındakı hesablarda dondurulmuş vəsait Qətərin iki bankındakı hesablara köçürüləcək.

İran Mərkəzi Bankı vəsaitlərin köçürülməsini təsdiqlədikdən sonra Dohada Tehran və Vaşinqton arasında məhbusların mübadiləsi planlaşdırılır.

İranın BMT-dəki daimi nümayəndəliyi bildirib ki, məhbusları 5-5 formatında mübadilə etmək razılaşdırılıb.

Paylaş: