mudafie 44

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətindən qaldırılan Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Türkeş yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib. Hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunan kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.

e6b7a71de86a0f23973d1975af039dacaf0396e7077e225d4c1a7a0b105907a4

Paylaş: