05ce6307 1941 4cf7 96b1 d7b3aa163306 620x403 1

Şəhid anası Talış kəndinə direktor təyin olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Qərara əsasən, 44 günlük Vətən müharibəsində şəhid olmuş Rəşad Hafiz oğlu Mirzəlinin anası Afidə Mirzəyeva Tərtər rayon Talış kənd tam orta məktəbinə direktor təyin olunub.

Qeyd edək ki, bu təyinata qədər A.Mirzəyeva Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib.

Xatırladaq ki, Rəşad Mirzəli 1995-ci il mayın 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.

Hərbi xidmət zamanı sülhməramlı qüvvələrin sıralarında Azərbaycanda 6 ay qulluq etdikdən sonra digər əsgər yoldaşları ilə birlikdə könüllü Əfqanıstana yollanıb və 2014-cü ildən 2015-ci ilə kimi xidmətini orada davam etdirib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif olunub.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu gizir Rəşad Hafiz oğlu Mirzəli ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətə görə” medalları ilə təltif edilib.

fe946564 4779 472f a5a3 757cf98deb18 74a7d4b3 2d01 413a 88ce fa970e04657f 8fe4e4d0 4844 420f b7d4 26d8abfe40a3 ee08fe60 daa0 447a a3d7 0e3953ab82d3 e24a3022 096d 449b b03f 18c969b6b247 72d6d96f 16c8 432f a7e8 31e371703cd0

Paylaş: