zaxarova 1

“Rusiya tərəfi Qarabağdakı humanitar vəziyyətin həlli üçün ardıcıl addımlar atır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib.

Rusiya XİN-in saytında dərc olunan şərhdə bildirilib ki, yaxın gələcəkdə Ağdam-Xankəndi yolu ilə yanaşı Laçın yolu da açılacaq:

“Ağdam-Xankəndi və Laçın yolunun paralel açılması istiqamətində sxem hazırlanıb. Lakin iki ölkənin mövqeyinin tamamilə əks olması və qarşılıqlı etimadın olmaması səbəbilə bu proses asan şəkildə irəliləmədi. Sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətinin xətti ilə bölgəyə humanitar yardım çatdırılıb. Biz gözləyirik ki, əldə edilmiş razılaşma nəzərə alınaraq, yaxın gələcəkdə Ağdam marşrutu ilə paralel olaraq Laçın yoluy da açılsın”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: