ABŞ Qarabağı müstəqil və suveren ölkə kimi tanımır.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
“Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi və eyni zamanda burada keçirilən qondarma “prezident seçkiləri”ni tanımırıq” – Miller qeyd edib.
Diplomat həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb
“ABŞ Azərbaycan və Ermənistan arasında həll olunmamış məslələrin həlli istiqamətində səyləri, birbaşa dialoqu davamlı şəkildə dəstəkləyir”, – o əlavə edib.