Podolyakdan Braziliya prezidentinə sərt sözlər: “Bu, qəbuledilməzdir”

Podolyakdan Braziliya prezidentinə sərt sözlər: "Bu, qəbuledilməzdir"

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Rusiya Prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə həbs olunacağından qorxmadan növbəti G20 sammitinə dəvət etməsi qəbuledilməzdir.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bunu Ukraynanın Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Həqiqətən də, Roma Əsasnaməsini həyata keçirmək fikrində deyilsinizsə, niyə onu ratifikasiya edirsiniz? Nəyə görə bir ölkənin reputasiyasını sırf onu məhv etmək üçün qurursunuz? Qalmaqallı populizm naminə onları pozmağa hazırlaşırsınızsa, sizə nə üçün qaydalar lazımdır?” Podolyak qeyd edir.

Qeyd edək ki, İnasio Lula da Silva Rusiya lideri Vladimir Putinin həbsdən qorxmadan sərbəst şəkildə Braziliyaya gələ biləcəyini açıqlamışdı.