c42921f0 0cb4 11ed b9ae 4ff1d53fba13

Ukrayna Silahlı Qüvvələrinə məxsus dronlar növbəti dəfə Rusiya ərazisinə hücuma yönəldiliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə hücum hədəfi kimi Bryansk vilayəti seçilib.

Ukrayna ordusuna aid dron vilayətin Novozıbkovsk rayonunda yerləşən “Dostluq” neft kəmərini vurmağa cəhd göstərib. Rusiya hava hücumundan müdafiə sistemlərinin işə düşməsi ilə dron məhv edilib.

Hadisə zamanı hər hansı obyektə zərər dəyməyib, insan itkisi qeydə alınmayıb.

Tamerlan Yayaqan

Globalinfo.az 

Paylaş: