64fb6cad1ec0264fb6cad1ec03169419895764fb6cad1ec0064fb6cad1ec01

Ermənistanda bloger Mika Badalyan və “Sputnik Ermənistan”ın köşə yazarı Aşot Gevorkyan azadlığa buraxılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti ötən gün Badalyan və Gevorkyanın həbs edildiyini açıqlamışdı.

Erməni bloger Mika Badalyan “odlu silahların qanunsuz dövriyyəsi” ittihamı ilə 72 saat müddətinə saxlanılmışdı.

Qeyd edək ki, M.Badalyan Azərbaycana qarşı radikal mövqeyi ilə tanınır.

Paylaş: