“İran Azərbaycana hücum etmək üçün ordusuna “hazır ol!” əmri verib”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ankaradakı Rusiya Araşdırmaları İnstitutu çıxış edib.
Bildirilib ki, Azərbaycanın İranla sərhəd yaxınlığında Ermənistan ərazisinə hər hansı müdaxiləsi nəticəsində ölkənin şimal-qərbində yerləşən ordu birliklərinə hücuma hazır olmaqla bağlı əmr verilib.
Qeyd edək ki, sentyabrın 7-si gecə saatlarında İranın “Şahid 171” dronlarının Azərbaycan-Ermənistan şərti sərhədində kəşfiyyat uçuşu keçirməsinə dair məlumatlar yayılmışdı.
Ayşən Mustafa
Globalinfo.az














