antony blinken 120621

“Zerkalo nedeli” nəşri diplomatik mənbələrə istinadən ABŞ dövlət katibi Antoni Blinkenin sentyabrın 6-da Kiyevə səfər edəcəyi ilə bağlı məlumat yayıb.

Globalinfo.az xəbər verir ki, Dövlət Departamentinin Mətbuat Xidməti rəhbərinin müavini Vedant Patel isə dövlət katibi Antoni Blinkenin Kiyevə mümkün səfəri ilə bağlı məlumatı təsdiqləməyib.

O, brifinqdə Blinkenin sentyabrın 6-da Ukrayna paytaxtına səfər edəcəyi ilə bağlı mətbuatda yayılan iddialara münasibət bildirərək, “Mənim hər hansı rəsmi səfərlə bağlı heç bir məlumatım yoxdur” deyib.

Xatırladaq ki, Blinken sonuncu dəfə Ukraynaya 2022-ci ilin sentyabrında səfər edib.

 

Mənbə: TASS

 

 

Paylaş: