“Araik Arutyunyanı kreslosundan yenicə qoparmaq mümkün olub, lakin artıq Qarabağda talonlarla çörək paylanılmasına başlanılıb. Bu, çoxdan edilməli idi”.
Globalinfo.az xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Karen Vrtanesyan deyib.
O bildirib ki, Araik “son dəfə də qarət edim, gedərəm” düşüncəsində olub.
K.Avetisyan iddia edib ki, 2020-ci ilin noyabr-dekabr aylarında Nikol Paşinyan hakimiyyətdən getsəydi, Ermənistan indi daha güclü olardı:
“Bu və ya digər şəkildə Qarabağda daxili-siyasi vəziyyət gərgin olaraq qalır. Çünki indi də Samvel Babayan vəziyyətdən istifadə etmək istəyir”.
Tamerlan Yayaqan
Globalinfo.az














