Qazaxıstanın daxili işlər naziri Marat Əhmədjanov vəzifəsindən azad olunub.
Globalinfo.az xəbər verir ki, bu barə də Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev sərəncam imzalayıb.
Bundan başqa, dövlət başçısının digər sərəncamı ilə Svetlana Jakupova Əmək və əhalinin sosial müdafiəsi naziri, Yerjan Sadenov daxili işlər naziri, Tamara Düysenova baş nazir müavini, Şakkaliyev Arman ticarət və inteqrasiya naziri, Marat Karabayev nəqliyyat naziri, Serik Jumanqarin baş nazirin müavini, Aidə Balayeva mədəniyyət və informasiya naziri, Yermek Marjikpayev isə turizm və idman naziri təyin olunub.
Zaira Akifqızı
Globalinfo.az