“Qarabağ”ın qrupdakı rəqibləri müəyyənləşdi

“Qarabağ”ın qrupdakı rəqibləri müəyyənləşdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin rəqibləri qitənin ikinci dərəcəli klub turnirinin püşkatmasında bəlli olub.

Azərbaycan çempionu H qrupuna düşüb. Püşkatmaya 2-si səbətdən qoşulan “Qarabağ” bu mərhələdə “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Haken” (İsveç) ilə görüşəcək.

Avropa Liqasının qrup mərhələsi sentyabrın 21-də start götürəcək. Oyunların təqvimi yaxın müddətdə dəqiqləşəcək.

Qeyd edək ki, “Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrupunda oynayacaq. Ağdam təmsilçisi 2014/15 mövsümündən turnirlərin əsas raundlarının iştirakçısıdır.