1624005362001

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb. Tələbə olanlar arasında şəhid övladları, şəhid xanımı, media nümayəndələrinin, bir sıra dövlət qurumları təmsilçilərinin də övladları var.

Globalinfo.az övladları tələbə adı qazanmış tanınmışlar şəxslərlə bağlı məlumatı təqdim edir:

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə, oğlu Əlihəsən Orucov isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sənaye mühəndisliyi ixtisasına qəbul olub

1693463804 Səhid

(Nigar Ağamalıyeva və Əlihəsən Orucov)

Şəhid polkovnik Raquf Orucovun oğlu Nihad Orucov

370625285 1628239127700455 1948945487827773613 n

(Nihad Orucov)

Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədovun oğlu İqtisadiyyat Universitetinin (UNEC) Menecment fakültəsinə daxil olub.

372915554 7103991599632856 8453607012765341556 n

(Şahin Məmmədovun oğlu)

“ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyevin qızı Gülnur Niftəli qəbul imtahanlarından yüksək bal toplayaraq İqtisad Universitetinin (UNEC) Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi olub.

Elnur N

(Gülnur Niftəli)

İkiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və səkkizqat Avropa çempionu İlham Zəkiyevin oğlu İlkin də tələbə adını qazananlar sırasındadır.

371822873 2556205867889962 3596131789401095917 n

(İlkin Zəkiyev)

Jurnalist Samir Əlinin oğlu Seymur Güləlizadə Azərbaycan Kooperasiya Universitetinin Texnologiya fakultəsinə qəbul olub.

1693472940 samir eli

(Seymur Güləlizadə)

Politoloq Elxan Şahinoğlunun qızı Xavər Azərbaycan Universitetinə daxil olub. İngilis dilində təhsil alacaq

372917803 10229849476036988 8590329176810439232 n 1

(Xavər Quliyeva)

BAXCP sədrinin müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlının oğlu İmaməddin də Qazaxıstan universitetlərindən birinə qəbul olub.

372617044 3189959591134561 6016467235623823805 n 1 1

(İmaməddin Orduxanlı)

Jurnalist Könül Ayparanın qızı Banu Qocayeva İqtisadiyyat Universitetində təhsil alacaq.

373062226 1278774609667530 8641484982190549309 n 1

(Banu Qocayeva)

Jurnalist Elnurə Abuşovanın qızı Ülkər Pirməmmədova da tələbə adı qazananlar siyahısındadır. O, Bakı Dövlət Üniversitetinə qəbul olub.

372626295 7120391201356037 4743241006032650891 n

(Ülkər Pirməmmədova)

Qeyd edək ki, Milli Məclisin deputatı Elman Nəsirovun qızı Zəhra Nəsirova da tələbə adını qazananlar sırasındadır. O, Azərbaycan Dillər Universitetinin alman dili ixtisasına qəbul olub.

Globalinfo.az kollektivi tələbə adı qazanan hər kəsi təbrik edir, bu il kifayət qədər bal toplaya bilməyənlərə isə bol şans diləyir.

Zaira Akifqızı
Globalinfo.az 

Paylaş: