
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyoyevin və xanımı Ziraatxan Mirziyoyevanın şərəfinə dövlət ziyafəti verilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Ziyafət zamanı təşkil olunan konsertdə Azərbaycan və Özbəkistan musiqilərindən nümunələr səsləndirilib.




















