“Arutyunyan” Qarabağda polislər tərəfindən döyüldü – FOTO/VİDEO

"Arutyunyan" Qarabağda polislər tərəfindən döyüldü - FOTO/VİDEO

Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyanı təqlid edən Davit Minasyan adlı şəxs polis tərəfindən döyülüb.

Globalinfo.az xəbər verir ki, Qarabağda erməni əsilli sakin özünü Araik Arutyunyan kimi təqdim edib. Daha sonra həmin şəxs polis tərəfindən saxlanılıb və Əsgəranda şöbəyə aparılıb. O, şöbədə polislərin şiddətinə məruz qaldığını bildirib:

“İndi azadam, amma şikayətçiyəm. Polislər məni tutub bölməyə aparıblar ki, bir günlük mühakimə etsinlər? Məni döydülər, bunu hansı haqla etdilər? Cavab verməli olacaqlar!”

Qeyd edək ki, Xankəndidəki ermənilərin Arutyunanı artıq ciddi fiqur kimi qəbul etmədiyi, onun “istefasını” tələb etdikləri deyilir.

Ayşən Mustafa
Globalinfo.az