seremetova

Moskvada fəaliyyət göstərən bütün hava limanları fəaliyyətini dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin Rusiya seqmentində informasiya yayılıb.

Belə ki, Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanlarında təyyarələrin uçuş və enişləri dayandırılıb. Təyyarələr Nijniy Novqorod və Sankt-Peterburqdakı ehtiyat aerodromlara yönləndirilir.

Məlumat hələ ki rəsmi şəkildə təsdiqlənməyib.

Qeyd edək ki, son vaxtlar Ukraynanın Rusiyaya dron hücumları intensivləşib. Ukrayna dronlarının əsas hücum hədəfi kimi isə Moskva şəhəri seçilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: