Latviyanın Dövlət Sərhəd Xidməti Belarusla sərhəddə sərhədçilərin təcili səfərbər olunduğunu elan edib.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu Belarus Silahlı Qüvvələri ilə toqquşmanın qarşısını almaq üçün edilir.
Sərhəd xidməti əməkdaşları məzuniyyətdən təcili olaraq geri çağırıb və ordudan sərhədi möhkəmləndirmək üçün yardım istəyib.
Belə ki, Latviya Müdafiə Nazirliyi artıq silahlı qüvvələrə dövlət sərhədinə əlavə qüvvələr göndərmək əmri verib.
“Dövlət Sərhəd Xidməti həmçinin Milli Silahlı Qüvvələr və Dövlət Polisindən əlavə dəstək istəyib”, – məlumatda deyilir.














