Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinə bir neçə gün əvvəl Rusiya ordusu tərəfindən atılan növbəti ağır raket zərbələri nəticəsində azərbaycanlılar da xəsarət alıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunlar Ukrayna Milli Polisinin Pokrovsk şəhəri üzrə əməkdaşları – baş çavuşlar Nuriyev Nurlan İntiqam oğlu və Nuriyev Rasim Fikrət oğludur.
Əslən Azərbaycanın Lənkəran şəhərindən olan hər iki azərbaycanlı polislər əmioğludurlar. Onlar xidmət zamanı Pokrovska endirilən raket zərbələri zamanı ağır yaralanıblar. Hər ikisinin vəziyyəti orta-ağırdır və vilayətlərdən birindəki hospitalda müalicə olunurlar.














