ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, onun 2024-cü ildə keçiriləcək prezident seçkilərində Ağ Evin hazırkı rəhbəri Co Baydenə qalib gəlmək şansı “100%-ə yaxındır”.
Globalinfo.az Publika.az-a xəbər verir ki, o, bu barədə Britaniyanın “Times” qəzetinə deyib.
Tramp nəşrin jurnalistinə seçkilərlə bağlı sualları cavablandırıb. Trampın sözlərinə görə, onun yanvarda keçirilməsi planlaşdırılan praymerizdə Respublikaçılar arasında rəqibi yoxdur.
Xatırladaq ki, bir gün əvvəl Tramp Baydeni “dəli” və “mental fəlakət” adlandırmışdı. O bildirib ki, hazırkı Amerika prezidenti “axmaq və bacarıqsızdır”.