1691608772.a54d6898 58e2 3298 83ab 96b8c0166ab5 850

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda sabah “Beşiktaş” səfərdə Azərbaycan təmsilçisi “Neftçi”nin qonağı olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” telekanalının paylaşdığı anonsda deyilir.

Bakıdakı “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

İsveçrəli hakim Lukas Fahndrixin idarə edəcəyi oyun “Haber Global”da canlı yayımlanacaq.

Paylaş: